XƏBƏRLƏR

Elmi-praktiki simpozium: Heydər Əliyevin iqtisadi siyasətində nəzarətin yeri və rolu

Elmi-praktiki simpozium: Heydər Əliyevin iqtisadi siyasətində nəzarətin yeri və rolu

26 aprel 2013

Baxış sayı: 4968

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli, 2679 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə  bağlı Tədbirlər Planı” çərçivəsində silsilə tədbirlərin davamı olaraq Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin iqtisadi  siyasətində nəzarətin yeri və rolu” mövzusunda elmi-praktiki simpozium keçirilib.
Simpoziumda ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən, onun siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki yorulmaz fəaliyyətindən bəhs edilib, həmçinin ölkəmizdə şəffaflığın artırılmasında və korrupsiyaya qarşı mübarizədə nəzarətin yeri və rolu sahəsində peşəkar müzakirələr, mövcud problemlərin təhlili, şəffaflığın artırılması ilə bağlı əlavə qanunvericilik aktlarının qəbulunun sürətləndirməsi və nəzarətə dair qanunların icra mexanizmlərin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq standartların tədbiqi, maarifləndirmə və beynəlxalq əməkdaşlıq  sahəsində real nəticələrin əldə edilməsinə dair fikirlər dinlənilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin  sədri, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü,  Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti,  Azərbaycan  İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Аzərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev, Azərbaycan Respublikası Auditorlar  Palatasının  sədri,  iqtisad  elmləri doktoru, professor Vahid Novruzov geniş məruzə ilə çıxış ediblər. 
Sonra Azərbaycan Respublikasının İqtisadi İnkişaf  Nazirliyinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Neft Şirkətinin, “Azərenerji” ASC-nin, Auditorlar Palatasının, Azərbaycan İqtisadçılar İttifaqının, Dövlət İqtisad Universitetinin, Azərbaycan Universitetinin, Mərkəzi Bankı Yanında Maliyyə Monitorinqi  Xidmətinin, Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Kooperasiya Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nümayəndələrinin çıxışları dinlənilib.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
26.04.2013

DİGƏR XƏBƏRLƏR