XƏBƏRLƏR

“Heydər Əliyev və Türk Dünyası” beynəlxalq konfransının hazırlıqları davam edir

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Heydər Əliyev və Türk Dünyası” beynəlxalq konfransının hazırlıqları davam edir. 12 may 2023-cü il tarixində keçiriləcək konfransa qeydiyyat saat 09.00-dan 09.45-dək aparılacaq. Açılış mərasimi saat 10.00-da başlayacaq. 

Açılışın və plenar iclasın ardınan konfrans işini 4 bölmə iclasında davam etdirəcək. 

Konfransın materialları toplu şəklində çap olunub və qeydiyyat zamanı müəlliflərə təqdim olunacaq. 

“Heydər Əliyev və Türk Dünyası” beynəlxalq konfransının proqramı ilə BURADAN tanış ola bilərsiniz. 

Konfransın səhifəsinə keçid:

https://au.edu.az/az/confrances/heyder_eliyev_ve_turk_dunyasi_elmi_konfransi

Konfransın işinə uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR