XƏBƏRLƏR
Humanitar fənlər fakültəsi TEC-dən kitab aksiyası
Humanitar fənlər fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən “Hərəyə bir kitab gətirək” aksiyasına start verilib. Aksiya çərçivəsində toplanmış elmin müxtəlif sahələrini əhatə edən yüzlərlə kitab tələbələrin ixtiyarına verilib.
Aksiyanın açılışında universitetin elmi işlər üzrə prorektoru prof. Yusif Qasımov, Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov, fakültənin müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Y.Qasımov TEC üzvlərinə təşəkkür edib və digər tələbələri də bu tipli layihələrdə fəal iştiraka dəvət edib.
Aksiya başa çatdıqdan sonra toplanmış kitablar universitetin kitabxanasına təhvil veriləcək.
İctimaiyyətlə əlaqələr şöbəsi
14.12.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
“Ulduz tələbə”lərin seçilməsi üçün müraciətlər başlayır
27 avqust 2026
