XƏBƏRLƏR

Humanitar fənlər fakültəsində müasir Azərbaycan ədəbiyyatının inkişaf meyilləri müzakirə olunub

Humanitar fənlər fakültəsində  müasir Azərbaycan ədəbiyyatının inkişaf meyilləri müzakirə olunub

04 may 2017

Baxış sayı: 4559

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsində tənqidçi, ədəbiyyatşünas və tərcüməçi, professor Cavanşir Yusifli, şair Fərid Hüseyn, şair, esseist,  tərcüməçi Qismət (Rüstəmov), yazıçı Mübariz Örən ilə filologiya tələbələrinin görüşü keçirilib.

Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova açaraq müasir Azərbaycan ədəbiyyatının inkişaf meyilləri haqqında məlumat verib və qonaqları təqdim edib.

Görüşdə müasir Azərbaycan nəsr və poeziyasının qərb ədəbiyyatından təsirlənməsi haqqında müzakirələr aparılıb, tələbələri maraqlandıran sualları cavablandırılıb.

Görüşdə qeyd olunub ki, müasir poeziya daha çox insanın daxili aləmini, düşüncələrini, arzu və istəklərini ən incə məqamlarına qədər ifadə etmək iddiasındadır. Bədii əsər insanın öz dəyərini anlamaq, nə üçün yarandığını və necə yaşamalı olduğunu dərk etməsi üçün bir vasitədir.

Tədbir Humanitar fənlər fakültəsinin ənənəvi “Auditoriya+” layihəsi çərçivəsində keçirilib. Məqsəd tələbələrin filoloji təfəkkürünün inkişaf etdirilməsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.05.2017

DİGƏR XƏBƏRLƏR