XƏBƏRLƏR

ICONAT-2020 onlayn formatda keçirilib

ICONAT-2020 onlayn formatda keçirilib

23 avqust 2020

Baxış sayı: 3076

Azərbaycan Universiteti, Türkiyənin Eskişehir Teknik Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin birgə təşkil etdiyi ICONAT-2020 ( International Conference on Natural Sciences and Technologies) beynəlxalq konfransı mövcud ekstremal şəraitə uyğun olaraq Zoom proqramı vasitəsilə onlayn formatda keçirilib.

Konfransın məqsədi dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçı və alimləri bir araya gətirərək dəqiq elmlər sahəsində əldə olunan elmi uğurların və yeniliklərin paylaşılmasıdır.

Konfrans iştirakçıları kompüter elmləri, texnologiya, fizika, kimya, biologiyanın müxtəlif istiqamətlərində apardıqları tədqiqatların nəticələrini tədbirin proqramına uyğun olaraq avqustun 20-dən 22-dək onlayn platformada müxtəlif bölmə iclaslarında təqdim ediblər.

Konfransın işində Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Norveç, Hindistan, İraq, Nigeriya, Kolumbiya, Əlcəzair kimi ölkələrin müxtəlif universitetlərini təmsil edən 50-yə yaxın alim və tədqiqatçı iştirak edib.  

Konfransın sədri Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva olub. Rektoru Təşkilat Komitəsində universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru, professor Yusif Qasımov və informasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev təmsil edib. Universitetin professor-müəllim heyətindən Gündüz Mirzəbəyli, Rasim Şirinov, Bəhram Əzizov, Qabil Əliyev, Lətifə Ağamalıyeva, Nurdan Ağayeva, Nigar Qafarova, Əbilhəsən Əhmədov, Teymur Abbasov isə Beynəlxalq Elmi Komitədə yer alıblar.

Konfransın dünyanın müxtəlif ölkələrindən olan alim və tədqiqatçılar  arasında doğurduğu marağı nəzərə alaraq onun növbəti ildə də keçirilməsi qərara alınıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
23.08.2020

DİGƏR XƏBƏRLƏR