XƏBƏRLƏR

Azərbaycan Universitetinin baş müəllimi Salman İbişovun yeni kitabı çap olunub

Azərbaycan Universitetinin baş müəllimi  Salman İbişovun yeni kitabı çap olunub

04 sentyabr 2020

Baxış sayı: 4075

Azərbaycan Universitetinin ictimai elmlər elmlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Salman İbişovun “Muğan (Cavad bölgəsi): əhalisi, tarixi coğrafiyası və toponimləri” adlı kitabı çapdan çıxıb. Kitabda Azərbaycanın qədim tarixə malik, minilliklər boyu müxtəlif tarixi hadisələrin şahidi olan, amma nisbətən zəif öyrənilmiş Muğan bölgəsi tarixinin aktual problemləri təqdim olunur.

Muğan bölgəsi tarixinin öyrənilməmiş qatlarına həsr edilən kitabda tarixi Cavad bölgəsinin əhali tarixi, toponimləri və tarixi coğrafiyası araşdırılıb, Çar Rusiyasının Azərbaycandakı müstəmləkə siyasətinin mahiyyəti və bu siyasətə qarşı xalqın mübarizəsi Cümhuriyyət qurucularının əsərləri əsasında yeni baxış bucağından öyrənilib.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Azərbaycan tarixinin ümumtürk kontekstində öyrənilməsi problemlərinə xeyli yer ayrılıb və tarixşünaslıq məsələlərinə diqqət çəkilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.09.2020

DİGƏR XƏBƏRLƏR