XƏBƏRLƏR

İKT fakültəsinin tələbələri R.I.S.K. şirkətinin qonağı olub

İKT fakültəsinin tələbələri R.I.S.K. şirkətinin qonağı olub

30 oktyabr 2017

Baxış sayı: 8561

Azərbaycan Universitetinin İnformasiya – kommunikasiya texnologiyaları (İKT) fakültəsinin tələbələri “R.I.S.K. Company” şirkətinin qonağı olub. Tələbələrimizi şirkətin rəhbəri Cabir Cümşüdov qarşılayıb.

Cabir Cümşüdov ümumi tanışlıqdan sonra rəhbərlik etdiyi şirkətin yaranma tarixi, infrastrukturu, fəaliyyət istiqamətləri, iştirak etdiyi beynəlxalq layihələr haqqında məlumat verib. Görüşdə qeyd edilib ki, “R.I.S.K. Company” 1993-cü ildə təsis olunub, Qafqaz və Orta Asiya ölkələrinin qabaqcıl şirkətlərindən biridir. 20-dən sox ölkədə ofisi var. Telekommunikasiya, neft və qaz, bankçılıq, maliyyə, nəqliyyat və s. sahələr üçün dünyada geniş tətbiq olunan həllər təklif edir.

Cabir Cümşüdov tələbələrlə IT sahəsində uğurlu karyera quruculuğu haqqında faydalı məlumatlar da çatdırıb.

Tələbələr daha sonra şirkətin inzibati binasına ekskursiya edib, şöbələr və onların əməkdaşları ilə, həmçinin hər bir şöbənin ayrı-ayrılıqda iş prinsipi ilə tanış olublar.

Tələbələrə İKT fakültəsinin dekanı Asif Paşayev rəhbərlik edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.10.2017


DİGƏR XƏBƏRLƏR