XƏBƏRLƏR

İKT tələbələri üçün “IT Brains Academy”nin təqdimatı olub

İKT tələbələri üçün “IT Brains Academy”nin təqdimatı olub

24 may 2022

Baxış sayı: 1636

Azərbaycan Universitetinin İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin tələbələri üçün “IT Brains Academy”nin təqdimatı keçirilib. Mövzunu və tədbirin qonaqlarını tələbələrə fakültənin dekanı Asif Paşayev təqdim edib.

Mərkəzin rəhbəri Orxan Məmmədov tədris sahələri haqqında məlumat verərək qeyd edib ki, “IT Brains Academy” gənclərə və həvəsi olan hər kəsə informasiya texnologiyaları, proqramlaşdırma, kibertəhlükəsizlik, dizayn və rəqəmsal marketinq sahələrində karyera imkanları yaradır və front-end proqramlaşdırma, back-end proqramlaşdırma, Linux əməliyyat sistemi inzibatçılığı, kibertəhlükəsizlik (red team, blue team), data analitika, texniki dəstək, rəqəmsal marketinq və SMM, motion dizayn, qrafik dizayn, office 365 kimi sahələr üzrə kurslar təklif edir. Orxan Məmmədov müəllim heyəti haqqında da məlumat verib, dərslərin əyani və onlayn formada tədris olunduğunu bildirib. Tədrisi başa vuran tələbələr dərəcəli və dərəcəsiz diplomla təltif olunurlar. Dərəcəli diplom əldə etmək istəyən tələbələr final layihəsi hazırlamalıdırlar.

Görüşdə qeyd olunub ki, mərkəz müraciət edənləri Microsoft, Cisco, CompTIA kimi nəhəng şirkətlərin sertifikasiya imtahanlarına hazırlaşdırır və onların beynəlxalq sertifikatlı mütəxəssis olmalarına zəmanət verir.

Daha sonra proqramlaşdırma müəllimi Kamran Nəbiyev veb səhifənin hazırlanması nümunəsi təqdim edib. 

Qonaqlar tələbələrin mövzuya dair suallarını da cavablandırıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi
24.05.2022

DİGƏR XƏBƏRLƏR