XƏBƏRLƏR

İnsan alveri və məcburi əmək mövzusunda maarifləndirmə tədbiri keçirilib

İnsan alveri və məcburi əmək mövzusunda maarifləndirmə tədbiri keçirilib

12 may 2022

Baxış sayı: 1155

Azərbaycan Universitetində tələbələr üçün “İnsan alveri və məcburi əmək: özünüzü necə qoruya bilərsiniz” mövzusunda marifləndirmə tədbiri keçirilib. Tədbirin qonağı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Baş məsləhətçisi Rafiq Mahmudov olub. Tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva açıb. Tünzalə Verdiyeva qeyd edib ki, tədbir “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2.3 bəndinə uyğun olaraq həyata keçirilib.

Tədbirdə “İnsan alveri”, “İnsan alveri növləri”, “Məcburi əmək”, “İnsan alverinin qurbanları”, “Məcburi əməyin istifadə olunduğu sahələr”, “Məcburi əməyə cəlb olunmuş şəxslərə qarşı tətbiq olunan təzyiqlər”, “Qurbanları tora salmaq üçün istifadə olunan üsullar”, “İnsan alveri qurbanlarının müdafiəsi üçün xüsusi müəssisələr”, “Xarici ölkədə insan alverinin qurbanına çevrilmə” kimi məsələlərə aydınlıq gətirilib, tələbələrin sualları cavablandırılıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi
12.05.2022

DİGƏR XƏBƏRLƏR