XƏBƏRLƏR

“İpək yolu” elmi jurnalının yeni nömrəsi çapdan çıxıb

“İpək yolu” elmi jurnalının yeni nömrəsi çapdan çıxıb

23 oktyabr 2019

Baxış sayı: 3776

Azərbaycan Universitetinin “İpək Yolu” elmi jurnalının 2019-cu il üçün üçüncü  nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsində iqtisad, filologiya və tarix elmlərinə aid Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc olunub.

“İpək Yolu” jurnalının yeni nömrəsini onlayn formada Azərbaycan Universitetinin saytından oxumaq da mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri  ipek.yolu@au.edu.az  elektron ünvanına göndərə bilərlər.

Jurnal AAK-ın Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.

Bundan başqa jurnal E-library - РИНЦ (Rusiya), Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) beynəlxalq indeksləmə bazalarına da daxil edilib.

Jurnalın səhifəsinə keçid

http://www.au.edu.az/az/menu/154/ipekyolu-jurnali-haqqinda

İctimaiyyətlə əlaqələr şöbəsi
23.10.2019


DİGƏR XƏBƏRLƏR