XƏBƏRLƏR

“İpək Yolu” elmi jurnalının yeni nömrəsi çapdan çıxıb

“İpək Yolu” elmi jurnalının yeni nömrəsi çapdan çıxıb

23 yanvar 2020

Baxış sayı: 3519

Azərbaycan Universitetinin “İpək Yolu” elmi jurnalının 2019-cu il üçün dördüncü  nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsində iqtisad, filologiya, tarix və sosial elmlərə aid Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc olunub. Jurnalın Əhməd bəy Ağaoğlu-150 bölməsində tarix üzrə fəlsəfə doktoru Salman İbişovun “Əhməd bəy Ağaoğlu: tarixi şəxsiyyət haqqında tarixi qeydlər” məqaləsi yer alıb.

“İpək Yolu” jurnalının yeni nömrəsini onlayn formada Azərbaycan Universitetinin saytından oxumaq da mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri  ipek.yolu@au.edu.az  elektron ünvanına göndərə bilərlər.

Jurnal AAK-ın Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.

Bundan başqa jurnal E-library - РИНЦ (Rusiya), Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) beynəlxalq indeksləmə bazalarına da daxil edilib.

Jurnalın səhifəsinə keçid
http://www.au.edu.az/az/menu/154/ipekyolu-jurnali-haqqinda

İctimaiyyətlə əlaqələr şöbəsi
23.01.2020

DİGƏR XƏBƏRLƏR