XƏBƏRLƏR

“İpək yolu” jurnalının yeni nömrəsi İrəvan Müəllimlər Seminariyasına həsr olunub

“İpək yolu” jurnalının yeni nömrəsi İrəvan Müəllimlər Seminariyasına həsr olunub

24 iyun 2022

Baxış sayı: 1027

Azərbaycan Universitetinin “İpək yolu” elmi jurnalının 2022-ci il üçün ikinci nömrəsi elektron versiyada universitetin saytında (www.au.edu.az) yerləşdirilib. Jurnalın bu nömrəsi İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinə həsr olunub. Bu nömrədə İctimai elmlər kafedrasının professoru, tarix elmləri doktoru Qabil Əliyevin "Qərbi Azərbaycanın mühüm təhsil ocağı - İrəvan Müəllimlər Seminariyası" mövzusunda məqaləsi dərc edilib.

İpək yolu jurnalının bu nömrəsinə iqtisad, filologiya və tarix elmlərinə aid Azərbaycan və ingilis dillərində məqalələr qəbul olunub.

Ciddi rəyləşdirilmiş elmi məqalələri dərc edən “İpək Yolu” jurnalının arxivini onlayn formada Azərbaycan Universitetinin saytından oxumaq mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri  ipek.yolu@au.edu.az  elektron ünvanına göndərə bilərlər.

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxildir.

Bundan başqa jurnal E-library - РИНЦ (Rusiya), Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) beynəlxalq indeksləmə bazalarına da daxil edilib.

2021-ci il üçün ikinci nömrəyə keçid
https://www.au.edu.az/az/menu/656/ipekyolu-elmi-jurnali-No.2,-2022

Jurnalın səhifəsinə keçid
http://www.au.edu.az/az/menu/154/ipekyolu-jurnali-haqqinda

İctimaiyyətlə əlaqələr şöbəsi
24.06.2022

DİGƏR XƏBƏRLƏR