XƏBƏRLƏR

“İpək yolu” elmi jurnalı ERIH PLUS bazasında indekslənmək üçün qəbul edilib

“İpək yolu” elmi jurnalı ERIH PLUS bazasında indekslənmək üçün qəbul edilib

07 iyun 2023

Baxış sayı: 900

Azərbaycan Universitetinin nəşr etdiyi “İpək yolu” jurnalı bu günlərdə ERIH PLUS bazasında indekslənmək üçün qəbul edilib. Bu barədə rəsmi məktub universitetin Elm şöbəsinə daxil olub. Artıq ERIH PLUS platformasında jurnalın profili də yaradılıb. Yaxın həftələrdə jurnalda çap olunmuş məqalələr də tam olaraq bazanın axtarış sistemində yerləşdiriləcək.

ERIH PLUS Avropada humanitar və sosial elmlər sahəsində akademik jurnal indeksidir. Bazanın “Dimensions” sistemi bu bazaya qəbul edilmiş 10 mindən çox jurnalda çap olunmuş məqalə axtarışı aparmağa imkan verir. 

Qeyd edək ki, ERIH PLUS elmi bazası Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisadiyyat, hüquq, fəlsəfə və sosiologiya, siyasi elmlər, psixologiya, sənətşünaslıq və memarlıq, tarix və antropologiya, filologiya, pedaqogika ixtisasları üzrə nüfuzlu indeksləmə bazası kimi qəbul edilir.

ERIH PLUS bazasında “İpək yolu” jurnalının səhifəsi

https://kanalregister.hkdir.no/publiseringskanaler/erihplus/periodical/info.action?id=505521 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR