XƏBƏRLƏR

“İpək Yolu” jurnalının yeni nömrəsi AXC-nin 100 illiyinə həsr olunub

“İpək Yolu” jurnalının yeni nömrəsi AXC-nin 100 illiyinə həsr olunub

09 aprel 2018

Baxış sayı: 4654

Azərbaycan Universitetinin elmi jurnalı “İpək Yolu”nun 2018-ci il üçün birinci nömrəsi çapdan çıxıb. Jurnalın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bu nömrəsində AXC-100, İqtisad elmləri və Filologiya elmləri bölmələrində Azərbaycan və rus dillərində məqalələr yerləşdirilib.

Jurnalın AXC-100 bölməsində professor Anar İsgəndərovun “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və tariximizdə yeri”, professor Qabil Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin Qafqazda yaranmış digər respublikalarla qarşılıqlı münasibətləri (1918-1920-ci illər), əməkdar jurnalist Namiq Əhmədovun “Cümhuriyyət dövrü milli mətbuatımız və dövlətçilik”, tarix üzrə fəlsəfə doktoru Salman İbişovun “Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və mücadilə tarixinin aktual problemlərinə dair” məqalələri yer alır.

Oxucular jurnalın İqtisad elmləri və Filologiya elmləri bölmələrində isə qeyd olunmuş sahələri əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu məqalələr ilə tanış ola bilərlər.  

"İpək Yolu” jurnalının yeni nömrəsini onlayn formada Azərbaycan Universitetinin saytında oxumaq da mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri  ipek.yolu@au.edu.az  elektron ünvanına göndərə bilərlər. İldə dörd dəfə nəşr olunan jurnal AAK-ın Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir. Jurnal E-library - РИНЦ (Rusiya), Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) beynəlxalq indeksləmə bazalarına da daxil edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.04.2018


DİGƏR XƏBƏRLƏR