XƏBƏRLƏR

İR üzrə mütəxəssis Günel Bəşirova ECAR təlimində iştirak edib

İR üzrə mütəxəssis Günel Bəşirova ECAR təlimində iştirak edib

23 iyun 2023

Baxış sayı: 926

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində ali təhsil müəssisələrinin insan resursları üzrə məsul şəxslərinə “Strateji insan resurslarının idarə olunması” təlim proqramı üzrə sertifikatların təqdim edilməsinə həsr edilmiş tədbir keçirilib.  Sertifikatlaşdırma təliminin məqsədi ali təhsil müəssisələrinin müvafiq sahə üzrə fəaliyyət göstərən məsul şəxslərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi və təcrübələrinin artırılmasıdır.  

 “Azerbaijan HR Institute” şirkətinin dəstəyi ilə təşkil edilmiş təlim proqramında 16 ali təhsil müəssisəsindən 18 mütəxəssis iştirak edib. Təlimdə Azərbaycan Universitetini İnsan Resursları Departamentinin mütəxəssisi Günel Bəşirova təmsil edib.

Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən beynəlxalq layihənin koordinatoru Bakı Biznes Universitetidir. 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihədə Azərbaycandan 20, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edir.  

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR