XƏBƏRLƏR
Riyaziyyat və informatika kafedrasında iş dünyasının nümayəndələri ilə görüş olub
Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasında Kompüter mühəndisliyi və Kibertəhlükəsizlik ixtisasları üzrə magistratura təhsil proqramlarının yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması məsələsi müzakirə olunub. Kafedranın heyəti ilə yanaşı iş dünyasından mütəxəssislərin də iştirak etdiyi müzakirədə Azərbaycan Universitetini rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, Tədris şöbəsinin müdiri Leyla Ağamalıyeva və Riyaziyyat və İnformatika kafedrasının müdiri Rəşad Məstəliyev, kafedranın bir qrup müəllim heyəti, iş dünyasını isə R.İ.S.K. Elmi-İstehsalat Müəssisəsinin baş proqramçı-mühəndisi Anar Niftili, Azərbaycan Beynəlxalq Bankının Korporativ və KOS Seqment Sahəsinin texniki rəhbəri Elnur Sadıqov, PAŞA Bankın baş data mühəndisi Arzu Şamıyeva, Azərbaycan Mərkəzi Bankının İT mütəxəssisi İlyas Ağakişiyev, MasterCard Sys Admini və Cybernetics şirkətinin layihə rəhbəri Mehran Mehatiyar təmsil edib.
Görüşdə rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva açılış nitqi ilə çıxış edərək qeyd edib ki, cari ildə magistratura təhsil proqramlarının yenilənməsi planlaşdırılır. Proqramlar beynəlxalq standartlara, əmək bazarının tələblərinə uyğun və tələbəyönümlü olmalıdır. Elm və Təhsil Nazirliyi bu prosesə bütün ali təhsil müəssisələrini cəlb edib və bu məqsədlə bütün ali məktəblərdə, o cümlədən Azərbaycan Universitetində işçi qrup yaradılıb. Proqramlar universitet-sənaye əməkdaşlığı çərçivəsində, akademik heyət, iş dünyasının nümayəndələri və tələbələrin iştirakı ilə hazırlanacaq.
Ardınca Tədris şöbəsinin müdiri Leyla Ağamalıyeva və Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev proqramların təkmilləşdirilməsi istiqamətində vacib məqamlara toxunublar. Çıxışlarda bildirilib ki, proqramlar işəgötürənlərin də tələblərinə uyğun olmalıdır. Bu səbəbdən işəgötürənlər də bu prosesdə aktiv iştirak etməlidirlər.
İş dünyasının nümayəndələri - Anar Niftili, Elnur Sadıqov, Arzu Şamıyeva, İlyas Ağakişiyev və Mehran Mehatiyar təkliflərini səsləndiriblər.
Görüş müzakirə formatında davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi