XƏBƏRLƏR

İstanbul Kültür Universitetinin nümayəndələri Azərbaycan Universitetində olub

İstanbul Kültür Universitetinin nümayəndələri Azərbaycan Universitetində olub

29 noyabr 2018

Baxış sayı: 4010

Türkiyənin İstanbul Kültür Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Seçkin Taygun Altıntaş və şöbənin mütəxəssisi Kübra Mertel Azərbaycan Universitetini ziyarət edib. İşgüzar görüşdə Azərbaycan Universitetini rektorun müşaviri, Magistratura və doktorantura şöbəsinin müdiri Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova təmsil edib.

Görüşdə tərəflər qarşılıqlı olaraq təmsil etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti, tədris olunan ixtisaslar, tələbələrə yaradılan imkanlar haqqında məlumat verib, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mümkün əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə müasir dövrdə beynəlxalq əlaqələrin gücləndirilməsinin, ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasının əhəmiyyəti vurğulanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.11.2018

DİGƏR XƏBƏRLƏR