XƏBƏRLƏR

İsveçdə səfərdə olan əməkdaşlarımız EUA rəsmisi ilə görüşüb

İsveçdə səfərdə olan əməkdaşlarımız EUA rəsmisi ilə görüşüb

18 may 2022

Baxış sayı: 1131

Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Nüşabə Quliyeva ilə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov Avropa Universitetləri Assosiasiyasının (European University Association / EUA) baş katibinin müavini Monika Steinel ilə görüşüb. Görüş Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin növbəti təlimlərinin keçirildiği İsveçin Kral Texnologiya Universitetində baş tutub. Görüşdə Azərbaycan Universiteti ilə assosiasiya arasında gələcək əməkdaşlıq perspektivləri və istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Universiteti 2021-ci ildə assosiasiyanın həqiqi üzvlüyünə qəbul edilib. Əsas missiyası Avropada ali təhsil və tədqiqat sistemini davamlı inkişaf etdirmək və gücləndirmək; üzvlərə dəstək və rəhbərlik verərək tədris, öyrənmə, tədqiqat və ictimai xidmətdə  keyfiyyəti artırmaq olan,  Avropanın 50-yə yaxın ölkəsindən 1000-ə yaxın universiteti birləşdirən assosiasiyada Azərbaycan cəmi 3 universitetlə təmsil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.05.2022

DİGƏR XƏBƏRLƏR