XƏBƏRLƏR

İTV-nin sosial media direktoru Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

İTV-nin sosial media direktoru Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

22 dekabr 2023

Baxış sayı: 613

İctimai Televiziyanın sosial media direktoru Emin Məmmədzadə Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin Marketinq ixtisasında təhsil alan tələbələri ilə görüşüb. Emin Məmmədzadə görüşdə “Rəqəmsal marketinqin praktikada tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.  

Qonaq çıxışında rəqəmsal marketinq anlayışı, sosial mediada yeni trendlər, sosial medianın dominantlığı, ənənəvi marketinq kanalları, rəqəmsal marketinqin təqdim etdiyi imkanlar və üstünlükləri, rəqəmsal marketinqin kiçik və orta biznesin inkişafına töhfələri, rəqəmsal marketinq alətləri, rəqəmsal marketinq mütəxəssisinin günlük işləri kimi mövzular haqqında danışıb. 

Emin Məmmədzadə sonda tələbələrin mövzuya dair suallarını cavablandırıb, karyerasını rəqəmsal marketinq sahəsində qurmaq istəyən tələbələrə öz tövsiyələrini verib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR