XƏBƏRLƏR
“Karantin zamanı psixi sağlamlığın qorunması yolları” mövzusunda vebinar
Azərbaycan Universiteti tələbələr üçün “Karantin zamanı psixi sağlamlığın qorunması yolları” mövzusunda vebinar təşkil edib. Onlayn tədbirə Bakıda və bölgələrdə fəaliyyət göstərən universitetlərin 70-dən çox tələbə və magistrantı qoşulub.
Vebinarda karantin müddətində vaxtın səmərəli təşkili yolları, həyəcan, narahatlıq, depressiya kimi halların artması, stresin idarə olunması, gündəlik həyatın müxtəlif sferalarının nəzərdən keçirilməsi, karantindən sonrakı həyat kimi mövzular müzakirə olunub.
Vebinarı Sosial işin təşkili kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatova aparıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
21.04.2020
DİGƏR XƏBƏRLƏR
Üç fakültə, üç ulduz: “Ulduz tələbə” layihəsinin yeni qalibləri
21 sentyabr 2026
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
