XƏBƏRLƏR

Karyera Mərkəzi ənənəvi təlimlərini davam etdirir

Karyera Mərkəzi ənənəvi təlimlərini davam etdirir

27 fevral 2024

Baxış sayı: 968

Azərbaycan Universitetinin Karyera Mərkəzi tələbələrin iş həyatına hazırlanması məqsədilə keçirdiyi ənənəvi təlimlərini davam etdirir. Növbəti belə təlim Təlim və Tədris Mərkəzi (TLC) ilə birgə “İlkin karyera addımları” mövzusunda təşkil olunub. Təlimi “Mercure Hotel Baku City”nin İstedad və mədəniyyət üzrə direktoru Fuad Mürsəlov aparıb.

Tədbiri giriş sözü ilə İnsan Resursları Departamenti və Karyera Mərkəzinin direktoru Kamran Rzayev açaraq mərkəzin fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verib və qonağı iştirakçılara təqdim edib. Ardınca Fuad Mürsəlov tələbələrə CV hazırlama üsulları, iş axtarışı prosesi, müsahibəyə hazırlıq, müsahibədə davranış qaydaları, uyğunlaşma - sınaq müddəti və sonrakı mərhələlər kimi mövzuları əhatə edən təqdimatla çıxış edib. 

Təlimlər 2 gün davam edib. İnteraktiv formada keçirilən təlimlərin sonunda fəal iştirak edən tələbələrə sertifikat təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR