XƏBƏRLƏR

Kitabxana fondu yeni kitablarla zənginləşib

Kitabxana fondu yeni kitablarla zənginləşib

31 yanvar 2017

Baxış sayı: 5052

Azərbaycan Universitetinin kitabxanasına elmin bütün sahələrini əhatə edən 1119 nüsxə ədəbiyyat daxil olub. Buraya, bədii ədəbiyyat, monoqrafiya, dərslik, dərs vəsaiti, müxtəlif tədqiqat əsərləri və s. daxildir. Kitablar, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) aksiyası çərçivəsində universitetə hədiyə edilib.

Qeyd edək ki, MEK bu ənənənin tətbiqinə 2016-cı ilin may ayından başlayıb və hədiyyə olunan kitabların seçimini müəssisələrin öz ixtiyarına verib. Seçim kitabxananın www.mek.az saytında yerləşdirilmiş siyahıdan aparıla bilər. Kitabları əldə etmək istəyən müəssisələr MEK-ə qeyd olunan nəşrlərin adlarının və sətir nömrələrinin yazıldığı məktubla müraciət edə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
31.01.2017

DİGƏR XƏBƏRLƏR