XƏBƏRLƏR

Azərbaycan Universitetində “Kölgə iqtisadiyyatı” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Universitetində “Kölgə iqtisadiyyatı”  mövzusunda elmi seminar keçirilib

13 dekabr 2022

Baxış sayı: 4605

Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə ilə Maliyyə və mühasibat kafedralarının birgə elmi seminarı keçirilib. Onlayn formatda təşkil olunan seminarda İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Həsən Rəhimli “Kölgə iqtisadiyyatı” mövzusunda apardığı geniş araşdırmasını təqdim edib. 

Seminarda əsasən, kölgə iqtisadiyyatı ilə bağlı əsas anlayış və kateqoriyalar; dünyada və ölkədə kölgə iqtisadiyyatı üzrə rəsmi statistika; kölgə iqtisadiyyatının yaranma səbəbləri; kölgə iqtisadiyyatının müsbət və mənfi təsirləri; kölgə iqtisadiyyatının strukturu; kriminal və qeyri-kriminal xarakterli iqtisadi fəaliyyətlər: boz və qara kölgə iqtisadiyyatı; qara iqtisadiyyatda iqtisadi və maliyyə cinayətkarlığı; kölgə iqtisadiyyatının biznesə təsiri; iqtisadi cinayətlər və onlarla mübarizə; maliyyə cinayətləri və maliyyə fırıldaqçılığı; maliyyə və mühasibat sahəsində vergidən yayınma; maliyyə hesabatlarında saxta və yalan informasiyaların aşkarlanması; kölgə iqtisadiyyatının aradan qaldırılması yolları kimi  problemlərə toxunulub və müzakirə edilib. 

Elmi seminarın sonunda kölgə iqtisadiyyatının ÜDM-də payının azaldılması  və onun mənfi təsirlərinin aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib, qarşıdakı dövrdə kafedra müəllimlərinin yazacağı elmi məqalə və tezislərdə müzakirə edilmiş mövzuya yer verilməsi qərara alınıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR