XƏBƏRLƏR

Konfutsi Mərkəzi “Çində təhsil” mövzusunda təlim keçirib

Konfutsi Mərkəzi “Çində təhsil” mövzusunda təlim keçirib

21 oktyabr 2019

Baxış sayı: 3768

Azərbaycan Universitetində fəaliyyət göstərən Konfutsi Mərkəzinin təşkilatçılığı ilə universitetin Tərcümə ixtisası üzrə təhsil alan tələbələrinə “Çində təhsil” mövzusunda təlim keçirilib. Təıimi Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun əməkdaşları Ülkər Qurbanova və Sənan Qasımzadə aparıb.

Tədbirdə iştirakçılara Konfutsi təqaüd proqramına qəbul qaydaları, Çin universitetlərində təhsil və Çinin Anhui Universiteti haqqında geniş məlumat verilib.

Qonaqlar həmçinin Çinin mədəniyyəti, adət-ənənələri və mətbəxindən də bəhs ediblər.

Magistratura təhsillərini Çində alan Ülkər Qurbanova və Sənan Qasımzadə öz təcrübələrini də tələbələrlə bölüşüblər.

Tədbir tələbələrin suallarının cavablandırılması  ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Universiteti Konfutsi Mərkəzi Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutu ilə birgə  əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Mərkəzdə Çin mədəniyyətinin öyrənilməsi və Çin dilinin tədrisi nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi
21.10.2019

DİGƏR XƏBƏRLƏR