XƏBƏRLƏR
Azərbaycan Universitetində “Konstitusiya və Suverenlik İli“nə həsr olunmuş esse müsabiqəsi keçirilib
Azərbaycan Universitetində Xarici dillər kafedrası tərəfindən “Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş esse müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi tələbələrin konstitusiya dəyərlərinin və suverenlik anlayışının mahiyyətini ingilis dilində ifadə etmə bacarıqlarını inkişaf etdirmək olub.
Bir mərhələdən ibarət olan müsabiqədə müxtəlif ixtisas və kurslarda təhsil alan 16 tələbə iştirak edib. Tələbələrin 220-250 sözdən ibarət esse işləri kafedranın müəllimləri tərəfindən qiymətləndirilib.
Esse müsabiqəsinin nəticələrinə əsasən, I yerə Şirin Abdullayeva (İqtisadiyyat, tədris ingilis dili), II yerə Gülnarə Süleymanova (Marketinq, tədris ingilis dili), III yerə isə Vüsalə Məmmədbəyova (Biznesin idarə edilməsi, tədris ingilis dili) layiq görülüb. Müsabiqədə iştirak edən bütün tələbələr fəallıqlarına görə sertifikatla təltif olunublar. Qaliblərə müvafiq olaraq diplom, iştirakçıların hər birinə isə sertifikat təqdim olunub.
Qeyd edək ki, esse müsabiqəsi Azərbaycan Universitetinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən Tədbirlər Planına uyğun olaraq təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi








