XƏBƏRLƏR

“Könüllü” Tələbə Təqaüd Proqramının qalibləri açıqlanıb

“Könüllü” Tələbə Təqaüd Proqramının qalibləri açıqlanıb

02 fevral 2018

Baxış sayı: 4708

2 Fevral -Gənclər günündə “Könüllü” Tələbə Təqaüd Proqramının qalibləri açıqlanıb. Təqaüdlər tələbə - könüllülərə 8 fevral 2018-ci il tarixində YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək bağlanış mərasimində təqdim olunacaq.  

“Könüllü” Tələbə Təqaüd Proqramı “Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə” Dövlət Proqramının 5.7.5-ci bəndinə müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstəyin ifadə edilməsi məqsədi ilə 20 oktyabr 2017-ci il tarixində elan edilib.

Azərbaycan Universitetinin, ASAN Könüllüləri Təşkilatının və “Azərbaycan Universitetləri” təhsil-facebook səhifəsinin təşəbbüsü və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Bir” Tələbə Könüllü Proqramının dəstəyi ilə ali məktəblərdə təhsil alan könüllü tələbələrin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsi məqsədi ilə keçirilən müsabiqəyə  15 yanvar 2017-ci il tarixinədək 58 müraciət daxil olub.

Proqrama müraciətlər müvafiq olaraq yaradılan komissiya tərəfindən dəyərləndirilərək 2 tələbə könüllünün hər birinə 500 manat məbləğində birdəfəlik təqaüd verilməsi qərara alınıb. Bununla yanaşı, tələbələrin ideyalarını təkmilləşdirməsi və könüllüllük fəaliyyətinə stimullaşdırılmasına dəstək məqsədi ilə 20 tələbə-könüllünün hər birinə 100 manat birdəfəlik pul mükafatı ayrılmasına qərar verilib.

Ölkəmizdə aparılan islahatlara dəstək və nağdsız ödənişlərin təşviq edilməsi məqsədi ilə qeyd olunan vəsait tələbə-könüllülər üçün xüsusi bank kart hesabına köçürüləcəkdir. Bu istiqamətdə dövlət səhmli "Azər Türk Bank" proqramın bank tərəfdaşı kimi seçilib.

“Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi Azərbaycan Universitetinin məzunu dosent Nadir Adilov tərəfindən yazılan, Azərbaycan Universiteti Elmi Şurasının qərarı ilə nəşr edilən “Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına, müəllifin şəxsi və könüllü təşəbbüsü ilə formalaşıb. Təqaüd fondunun ümumi miqdarı 3000 manat  təşkil edir.

 “Könüllü” Tələbə təqaüd proqramı üzrə kitabların korporativ sosial məsuliyyət layihələri çərçivəsində tələbələrə hədiyyə olunmasında və eyni zamanda tələbələr üçün ayrılmış 3000 manat təqaüd fondunun formalaşmasında “Cavan" Gənclər Hərəkatı, “Azər Türk Bank" ASC, Coca-Cola-Azərbaycan, Avromed, İnnovasiyalar Mərkəzi, Holcim (Azərbaycan) ASC, Şəms Tərcümə Xidmətləri Mərkəzi, Rusiya Federasiyasında Təhsil şirkəti, Ekvita şirkəti, “Sİ” turizm şirkəti, ATL şirkəti, iticket.az, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) - Formula 1, ABAD, ASAN radio və Bakı Mühəndislik Universiteti iştirak edib.

Bakı şəhərində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərinin tələbə könüllüləri, eyni zamanda Azərbaycan Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, “ADA” Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün imza günü keçirilib.

Aşağıdakı təşkilatlarda könüllü olan tələbələr birdəfəlik təqaüdlə mükafatlandırılıb:

“Regional İnkişaf” İctimai Birliyi, IDEA İctimai Birliyi, “Bir” Tələbə-Könüllü Proqramı, Azərbaycan Gimnastika Federasiyası-Gimnastika üzrə dünya Kuboku – 2016, İslam Oyunları könüllüsü, BMT təsisatları, ASAN Könüllüləri Təşkilatı, İrəli İctimai Birliyi, “Bir” Tələbə-Könüllü Proqramı, Baku 2015 - Avropa Oyunları könüllüsü, YARAT Müasir İncəsənət Məkanı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) - Formula 1, Avrovizya mahnı müsabiqəsi könüllüsü, FIFA U-17 qadınlararası dünya çempionat könüllüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Gənclər üçün Təhsil Mərkəzi, Scientific Union of Economist Students (SUES) Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi, SOCAR-Əmək şəraiti normalarının işlənməsi idarəsi, Barattson Consulting Şirkəti, Paşa Həyat-İnsan Resursları Forumu, "Odlar Yurdu" Gənclər İctimai Birliyi.

"Könüllü" Tələbə Təqaüd Proqramına seçilmiş tələbələrin siyahısı

İctimaiyyətlə əlaqələr şöbəsi
02.02.2018


DİGƏR XƏBƏRLƏR