XƏBƏRLƏR

Korreksiyaedici təlim ixtisasının tələbələri üçün sahə dərsi təşkil olunub

Korreksiyaedici təlim ixtisasının tələbələri üçün sahə dərsi təşkil olunub

20 aprel 2026

Baxış sayı: 29

Humanitar və sosial elmlər fakültəsinin Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan II kurs tələbələri üçün sahə dərsi çərçivəsində “Samra” Uşaq İnkişaf Mərkəzində praktiki fəaliyyət təşkil olunub. Fəaliyyətin məqsədi tələbələrin peşə hazırlığının gücləndirilməsi, onların nəzəri biliklərini real iş mühitində tətbiq etməsi, uşaqlarla iş bacarıqlarının formalaşdırılması olub. Tələbələrə Sosial işin təşkili kafedrasının müəllimi  Ülviyyə Mirzəyeva rəhbərlik edib. 

Tələbələr burada mərkəzin təsisçisi, psixoloq və erqoterapevti Bahar Bayramlı, həmçinin baş psixoloq Tünzalə Mollazadə tərəfindən həyata keçirilən “Uşaq orqanizmində duyğuların tənzimlənməsi” mövzusunda təlimdə iştirak ediblər. Ardınca isə mərkəzdə həyata keçirilən müxtəlif korreksiyaedici və inkişafetdirici məşğələləri müşahidə edib, proseslərdə bilavasitə iştirak edərək tətbiq olunan metod və prosedurların praktik tətbiqi ilə bağlı əsas məqamlar ilə tanış olublar. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR