XƏBƏRLƏR

Kustarlar və rokfellerlər kitabının tələbələr üçün tanıtımı keçirilib

Kustarlar və rokfellerlər kitabının tələbələr üçün tanıtımı keçirilib

22 sentyabr 2014

Baxış sayı: 4814

Rusiyada yaşayan həmyerlimiz, psixologiya elmləri namizədi, “Kvanta+” şirkətinin baş direktoru, “Rusiyanın dayağı” Ümumrusiya kiçik və orta sahibkarlıq ictimai təşkilatının Tümen regional şöbəsinin sədri Eduard Ömərovun “Kustarlar və Rokfellerlər” kitabının Azərbaycan Universitetinin tələbələri üçün təqdimatı keçirilib.
Görüşü universitetin rektoru Eldar Qəhrəmanov açaraq tələbələrə qonaq haqqında ətraflı məlumat verib. Kitabın əhəmiyyətindən danışan rektor qeyd edib ki, kitabın Azərbaycan dilinə tərcüməsi də nəzərdə tutulur.
Kitabın müəllifi Eduard Ömərov kitabın mövzusu və ərsəyə gəlməsi prosesi haqqında danışaraq bildirib ki, əsər insanın öz potensialını dərk və kəşf etməsinə kömək məqsədiylə qələmə alınıb.  Tələbələrə həyatın planlaşdırılması və uğur əldə etmənin yollarından bəhs edən qonaq qeyd edib ki, həyatda uğur əldə etmənin yolu insanın özünü tanımasından keçir.
Eduard Ömərov görüşdə həm tələbələrin suallarını da cavablandırıb, həm də kitabını imzalayaraq tələbələrə hədiyyə edib. 
Görüşdə Azərbaycan Universiteti İngilis Dili Proqramının rəhbəri Raifə Qəhrəmanova, prof. Əflatun Həsənov, BBA ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
22.09.2014

DİGƏR XƏBƏRLƏR