XƏBƏRLƏR

Əməkdaşımızın “Publisistik düşüncələr” adlı kitabı çap olunub

Əməkdaşımızın “Publisistik düşüncələr” adlı kitabı çap olunub

18 yanvar 2022

Baxış sayı: 2214

Azərbaycan Universitetinin əməkdaşı Leyla Məmmədəliyevanın “Publisistik düşüncələr” adlı kitabı çap olunub. Azərbaycan Universitetinin 30 illik yubileyinə həsr olunan kitabda müəllifin müxtəlif illərdə dövri mətbuatda dərc olunmuş publisistik məqalələri toplanıb.

“Səlahəddin Xəlilovdan Səadət Əliyevaya, yaxud yaradılışdan yüksəlişə” adlı məqalə ilə başlayan kitabda müstəqillik dövründə yazıb-yaradan xalq yazıçıları Anar, Elçin, akademiklər Nərgiz Paşayeva, Nizami Cəfərov, alimlər Qorxmaz Quliyev, Fərhad Mədətov, Səfər Məmmədov, Natəvan Dəmirçioğlu, Aslan Qəhrəmanlı, Dünyamalı Vəliyev, ictimai-xadim, şairlər Bəxtiyar Vahabzadə, Rəşad Məcid, Nuridə Atəşi, Azadə Talehin bədii, elmi və publisistik yaradıcılığı tədqiq və təhlil edilib.

“Müstəqillik illərində publisistikamızda ümumilli lider Heydər Əliyev obrazı” (Xalq yazıçıları Anar və Elçinin əsərləri əsasında), Azərbaycanda publisistikanın təşəkkülü və inkişafı  kitabda geniş şəkildə işıqlandırılıb.

İctimai məzmunlu və emosional düşüncələrin yer aldığı məqalələrdən “Qaytarılmamış borc”, “Qəlblərdə ziyalılıq, insanlıq simvolu kimi yaşayır Arif Əmrahoğlu”, “Günəşlinin zülmət səması”, “Əsgərə məktub” kimi məqalələrin adlarını çəkmək olar.

Müəllifin publisistik düçüncələrinin məhsulu olan kitab “Borçalı” nəşriyyatında  işıq üzü görüb. Kitabın rəyçisi akademik Nizami Cəfərov, naşiri və redaktoru filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalıdır.  

İctimaiyyətlə əlaqələr şöbəsi
18.01.2022

DİGƏR XƏBƏRLƏR