XƏBƏRLƏR

Magistrant, doktorant və dissertantlar üçün master-klass keçirilib

Magistrant, doktorant və dissertantlar üçün  master-klass keçirilib

19 noyabr 2020

Baxış sayı: 2581

Azərbaycan Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ilə Təlim və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə universitetin magistrant, doktorant və dissertantları üçün “Tədqiqat üsullarıı” seriyasından birinci master-klass keçirilib. Master-klassı Azərbaycan Universitetinin müəllimi, Böyük Britaniyalı professor Paul Gibbs aparıb.

Master-klassda iştirakçılara tədqiqat işinin planlanması və yerinə yetirilməsi ilə bağlı ilkin anlayışlar təqdim olunub. Tədbirdə 20-yə yaxın magistrant, doktorant və dissertant iştirak edib. 

Master - klass magistrant, doktorant və dissertantların layihə, diplom və dissertasiya işlərinin uğurlu hazırlanması üçün tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunur.

Professor Paul Gibbsin “Tədqiqat üsulları”na həsr olunmuş ikinci master - klassı 2 həftə sonra eyni gün və eyni saatda – saat 12.00-da başlayacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.11.2020

DİGƏR XƏBƏRLƏR