XƏBƏRLƏR

Magistrant, doktorant və dissertantlar üçün növbəti master-klass keçirilib

Magistrant, doktorant və dissertantlar üçün növbəti master-klass keçirilib

10 dekabr 2020

Baxış sayı: 1979

Azərbaycan Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ilə Təlim və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə universitetin magistrant, doktorant və dissertantları üçün “Tədqiqat üsullarıı” seriyasından üçüncü master-klass keçirilib. Master-klassı Azərbaycan Universitetinin müəllimi, Böyük Britaniyalı professor Paul Gibbs aparıb.

Master-klassda 30-yə yaxın magistrant, doktorant və dissertant iştirak edib.

Master - klass magistrant, doktorant və dissertantların layihə, diplom və dissertasiya işlərinin uğurlu hazırlanması üçün tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunur.

Professor Paul Gibbsin “Tədqiqat üsulları”na həsr olunmuş payız semestri üçün sonuncu - dördüncü master - klassı 1 həftə sonra eyni gün və eyni saatda – saat 12.00-da başlayacaq. 

İctimaiyyətlə əlaqələr şöbəsi
10.12.2020

DİGƏR XƏBƏRLƏR