XƏBƏRLƏR

Magistrant, doktorant və dissertantlar üçün master-klass keçirilib

Magistrant, doktorant və dissertantlar üçün  master-klass keçirilib

03 oktyabr 2019

Baxış sayı: 2943

Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzində magistrant, doktorant və dissertantlar üçün “Tədqiqat metodları” seriyasından birinci master-klass keçirilib. Master-klassı Azərbaycan Universiteti rektorunun məsləhətçisi, Maliyyə və iqtisadiyyat kafedrasının professoru Paul Gibbs aparıb.

Master-klassda iştirakçılara tədqiqat işinin planlanması və yerinə yetirilməsi ilə bağlı ilkin anlayışlar təqdim olunub. Tədbirdə 20-yə yaxın magistrant, doktorant və dissertant iştirak edib.  

Master - klass magistrant, doktorant və dissertantların layihə, diplom və dissertasiya işlərinin uğurlu hazırlanması üçün tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunur.

Professor Paul Gibbsin “Tədqiqat metodları”na həsr olunmuş ikinci master - klassı 2 həftə sonra olacaq.  

İctimaiyyətlə əlaqələr şöbəsi
03.10.2019

DİGƏR XƏBƏRLƏR