XƏBƏRLƏR

Magistrantlar üçün elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə dair vebinar keçirilib

Magistrantlar üçün elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə dair vebinar keçirilib

12 aprel 2021

Baxış sayı: 2186

Azərbaycan Universitetinin Maliyyə və iqtisadiyyat kafedrası tərəfindən elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə, magistrantların elmi fəaliyyətinin aktivləşdirilməsinə həsr olunmuş vebinar keçirilib.

Kafedra müdiri dosent Nəriman Böyükkişi elmi-təqdqiqatların aparılması xüsusiyyətləri və  metodikası, dissertasiya işlərinin yazılması, elmi məqalə, məruzə və tezislərin hazırlanması və çapa təqdim edilməsi qaydaları barədə məlumat verib.

Kafedranın müəllimləri dosent Təhminə Əliyeva, dosent Sahib Məmmədov, i.ü.f.d. İbrahim Quliyev, h.ü.f.d. Vüqar Bağrlı elmi işlərin yerinə yetirilməsi və araşdırmaların keyfiyyətinin yüksəldilməsi istiqamətində magistrantlara tövsiyyələr verib, öz elmi təcrübələrini ilə bölüşüblər.

“Microsoft Teams” platforması üzərindən keçirilən vebinarda iqtisadiyyatın hüquqi tənzimlənməsi, turizmin iqtisadiyyatı, bank işi, vergi və vergiqoyma ixtisasları üzrə təhsil alan I kurs magistratura tələbələri iştirak edib.

Sonda müəllimlər magistrantların suallarını cavablandırıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.04.2021

DİGƏR XƏBƏRLƏR