XƏBƏRLƏR

Magistatura səviyyəsi üzrə boş qalan plan yerlərinə qəbul elan edilib

Magistatura səviyyəsi üzrə boş qalan plan yerlərinə qəbul elan edilib

25 avqust 2020

Baxış sayı: 2674

Azərbaycan Universiteti magistatura səviyyəsi üzrə boş qalan plan yerlərinə qəbul elan edir. Boş qalan yerlərə qəbul 23 fevral 2020-ci il tarixində keçirilmiş qəbul imtahanında toplanılmış ballar əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə aparılır. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 31 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar ərizələrində Azərbaycan Universitetinin turizmin iqtisadiyyatı, İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı, kompüter mühəndisliyi və gənclərlə iş ixtisaslaşmalarını DS yaza bilərlər.

Azərbaycan Universitetində magistratura səviyyəsi üzrə bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.

Ödənişli əsaslarla qəbul olanlar üçün illik təhsil haqqı 2000 manatdır. Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala bilirlər.

Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.

Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə ikili diplom proqramı təqdim edir. Proqram kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir.

 

Azərbaycan Universiteti üzrə boş qalan plan yerlərinin siyahısı aşağıdadır.

Filologiya

  • 263199  Amerika ədəbiyyatı - 4 yer
  •  263214 İngilis ədəbiyyatı  - 5 yer
  •  263182 Azərbaycan dili - 5 yer
  • 263174 Azərbaycan ədəbiyyatı - 5yer
  • 263222  Dilşünaslıq (ingilis dili) - 3 yer

Tərcümə

  • 263255 İngilis dili - 5 yer

Tarix

  • 263263 Azərbaycanın qədim və orta əsrlər tarixi - 1 yer

İqtisadiyyat

  • 263166  Turizm iqtisadiyyatı - 1 yer

Kompüter elmləri

  • 263117 İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı - 2 yer

Kompüter mühəndisliyi

  • 263125 Kompüter mühəndisliyi - 1 yer

Sosial iş

  • 263247 Gənclərlə iş  - 3 yer

Biznesin idarə edilməsi (MBA proqramı üzrə)

  • 263336 Maliyyə üzrə, tədris ingilis dilində - 2 yer
  • 263296 Marketinq üzrə, tədris Azərbaycan dilində  - 1 yer
  • 263296 Marketinq üzrə, tədris ingilis dilində - 3 yer
  • 263311 Vergi üzrə, tədris Azərbaycan dilində - 1 yer
  • 263352 Vergi üzrə, tədris ingilis dilində  - 5 yer
  • 263328 Mühasibat uçotu üzrə, tədris Azərbaycan dilində - 1 yer
  • 263369 Mühasibat uçotu üzrə, tədris ingilis dilində - 5 yer

İctimaiyyətlə əlaqələr şöbəsi
25.08.2020

DİGƏR XƏBƏRLƏR