XƏBƏRLƏR

Magistratura üzrə boş qalan plan yerlərinə qəbul aparılacaq

Magistratura üzrə boş qalan plan yerlərinə qəbul aparılacaq

05 avqust 2022

Baxış sayı: 907

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi 8-14 avqust tarixlərində aparılacaq. Azərbaycan Universiteti üzrə 2022/2023-cü tədris ili üçün magistratura pilləsi üzrə boş qalan plan yerlərinin siyahısı aşağıda bakalavrlara təqdim olunur.

  • Filologiya
    Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) – 3 yer
    Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) – 3 yer
    Azərbaycan dili – 1 yer
    Azərbaycan ədəbiyyatı – 1 yer
    Dilşünaslıq (ingilis dili) – 1 yer
  • Tərcümə
    Tərcümə (ingilis dili) – 3 yer
  • Tarix
    Azərbaycanın qədim və orta əsrlər tarixi – 1 yer
  • Maliyyə
    Bank işi – 1 yer
    Vergi və vergiqoyma – 5 yer
  • İqtisadiyyat
    İqtisadiyyatın hüquqi tənzimlənməsi – 1 yer
    Turizmin iqtisadiyyatı – 2 yer
  • Kompüter mühəndisliyi
    Kompüter mühəndisliyi – 4 yer
  • Sosial iş
    Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş – 5 yer
    Gənclərlə iş – 6 yer
  • MBA proqramı
    Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) – Azərbaycan bölməsi 1 yer, ingilis bölməsi 5 yer
    Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) – Azərbaycan bölməsi 1 yer, ingilis bölməsi 3 yer
    Biznesin təşkili və idarə edilməsi (menecment üzrə) – ingilis bölməsi 1 yer

Bakalavrların nəzərinə çatdırırıq ki,

  • Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır.
  • Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
  • MBA istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında (ödənişsiz) qəbul mümkündür.
  • Ödənişli əsaslarla təhsil alanlar üçün Tərcümə (ingilis dili) ixtisaslaşması üzrə təhsil haqqı 1500 manat, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və  Gənclərlə iş ixtisaslaşmaları üzrə 2200 manat, digər bütün ixtisaslaşamalar üzrə isə 2000 manatdır.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği 96, 144, 174 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
  • Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana”, DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür.  “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
  • Azərbaycan Universitetinin bakalavriat pilləsindən bu il məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi 
05.08.2022

DİGƏR XƏBƏRLƏR