XƏBƏRLƏR

Magistratura tələbələri GİKM Mərkəzi Aparatının iş prosesi ilə tanış olublar

Magistratura tələbələri GİKM Mərkəzi Aparatının iş prosesi ilə tanış olublar

01 dekabr 2022

Baxış sayı: 5981

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşəbbüsü ilə magistrantların ixtisasa uyğun müəssisələrlə tanışlığı artıq ənənə halını alıb.

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru  Aynur Bünyatova Gənclərlə iş ixtisasında magistratura təhsili alan tələbələrlə birlikdə Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM) Mərkəzi Aparatının qonağı olublar. Magistrantlar Mərkəzi Aparatda çalışan əməkdaşların iş mühiti və iş prosesi ilə yaxından tanış olublar. 

Tanışlığın ardından tələbələrə Azərbaycan Gənclər Fondu, respublikanın 55 şəhər və rayonda fəaliyyət göstərən GİKM nümayəndəliklərinin fəaliyyəti ilə bağlı təqdimat həyata keçirilib və videoçarxlar nümayiş etdirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR