XƏBƏRLƏR
Dövlət Proqramının doktorantı Şəmsi Əfəndizadənin vebinarı təşkil olunub
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Türkiyə Respublikasının İstanbul Universitetində “İqtisadiyyat və idarəetmə” ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Şəmsi Əfəndizadənin Azərbaycan Universitetinin tələbələri üçün vebinarı təşkil olunub.
“Alternativ enerjilerin iqtisadiyyatı: gələcəyin enerjilərinə necə hazır olmalıyıq?” mövzusuna həsr olunan vebinarda iştirakçılara iqtisadiyyatin inkişafında enerjinin rolu, enerji və dünyanın enerji istehlakı, fosil və alternativ enerjilər, alternativ enerji mənbələri, alternativ enerjilərdə əsas tendensiyalar, enerji mənbələrinin maliyyətləri, iqlim böhranı və təbii resurslar kimi mövzular haqqında məlumat verilib.
Qeyd edək ki, vebinar Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Beynəlxalq əlaqələr şöbəsi və Təlim və Tədris Mərkəzi (TLC) tərəfindən təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi