XƏBƏRLƏR

Magistraturaların boş qalan plan yerlərinə qəbul elan edilir

Magistraturaların boş qalan plan yerlərinə qəbul elan edilir

08 avqust 2017

Baxış sayı: 5050

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul 9 aprel və 4 iyun 2017-ci il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
Cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub qeydiyyatdan keçən bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2017-ci il 08 avqust saat 10:00-dan 14 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (eservices.dim.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.
Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

2017/2018-ci tədris ili üçün Azərbaycan Universitetinin magistratura pilləsinə boş qalan plan yerlərini təqdim edirik.

QƏBUL DÖVLƏT İMTAHAN MƏRKƏZİ TƏRƏFİNDƏN APARILIR

38, 40, 42, 46 nömrəli proqramlar üzrə

  • 263125 Filologiya - Azərbaycan ədəbiyyatı – 3 yer (Y.Ö.)
  • 263133 Filologiya - Azərbaycan dili – 4 yer (Y.Ö.)
  • 263141 Filologiya - Ədəbiyyatşünaslıq (Xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı) – 3 yer (Y.Ö.)
  • 263158 Filologiya - Dilşünaslıq (İngilis dili) - 1 yer (Y.Ö.)
  • 263166 Sosial iş - Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş - 1 yer
  • 263174 Tarix - Azərbaycanın yeni və ən yeni tarixi – 1 yer

Qeyd 1. Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
Qeyd 2. Müsabiqə Azərbaycan bölməsi üzrə aparılır.
Qeyd 4. Bütün ixtisaslaşmalar üzrə illik təhsil haqqı 2000 manatdır.

MBA Proqramı (56 nömrəli proqram) üzrə
(Azərbaycan bölməsi)

  • 263182 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Maliyyə sahəsi üzrə) – 1 yer
  • 263199 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Menecment sahəsi üzrə) – 4 yer
  • 263214 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (İstehsal sferasında mühasibat uçotu və audit sahəsi üzrə) – 19 yer
  • 263222 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Xidmət sferasında mühasibat uçotu və audit sahəsi üzrə) – 13 yer
  • 263239 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Vergi sahəsi üzrə) – 12 yer

Azərbaycan və rus bölməsi birgə
(Tədris ingilis dilində)

  • 263247 Mühasibat uçotu və audit - İstehsal sferasında sferasında mühasibat uçotu və audit– 18 yer
  • 263255 Mühasibat uçotu və audit - Xidmət sferasında mühasibat uçotu və audit  - 15 yer
  • 263263 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Maliyyə sahəsi üzrə) – 40 yer
  • 263271 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Menecment sahəsi üzrə) – 20 yer
  • 263288 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (Marketinq sahəsi üzrə) -  10 yer
  • 263296 Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi (İnsan resurslarının idarə edilməsi sahəsi üzrə) – 10 yer

Qeyd 1. Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
Qeyd 2. MBA Proqramı (Proqram No: 56) üzrə bütün ixtisaslaşmalara tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılır.
Qeyd 3. Bütün ixtisaslaşmalar üzrə illik təhsil haqqı 2000 manatdır.

Magistrantlar üçün daxili təqaüd proqramı 

Yüksək göstəricilərlə oxuyan magistrantlara universitetin öz büdcəsindən maliyyələşən təqaüd proqramı çərçivəsində aylıq 75 azn və 100 azn məbləğində daxili təqaüd təyin olunur. Təqaüdlərin miqdarı universitetin təyin etdiyi müvəffəqiyyət göstəricilərinə əsasən tənzimlənir və hər semestrin sonunda yenidən dəyərləndirilir.

Magistratura səviyyəsi üzrə təqaüdlərin şərtləri aşağıdakı kimidir:

  • Orta müvəffəqiyyət göstəricisi 87 və yuxarı, qiymətləri A/B olan tələbələr üçün - 75 manat
  • Orta müvəffəqiyyət göstəricisi 90-dan yuxarı və qiymətləri A olan tələbələr üçün - 100 manat

Xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları 

Magistrantlara xarici ölkələrdə tam təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Türkiyə və Avropanın tərəfdaş universitetlərində 1 yaxud 2 semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universiteti tərəfindən tanınır.

Daha ətraflı məlumat üçün 
Tel: (+99412) 431 41 12 (133)
Mobil: (+99455) 220 40 58
E-poçt: qebul@au.edu.az

İctimaiyyətlə əlaqələr şöbəsi
08.08.2017

DİGƏR XƏBƏRLƏR