XƏBƏRLƏR

Magistraturaya qeydiyyat onlayn qaydada aparılacaq

Magistraturaya qeydiyyat onlayn qaydada aparılacaq

12 iyul 2021

Baxış sayı: 2568

Azərbaycan Universitetinin magistratura ixtisaslaşmalarına qəbul olan bakalavrların nəzərinə!

Ali təhsilin magistratura pilləsi üçün Azərbaycan Universitetinin proqram və ixtisaslaşmalarına qəbul olan bakalavrları təbrik edir və təhsillərinin növbəti pilləsində uğurlar arzulayırıq!

Magistratura səviyyəsinə qeydiyyat elektron qaydada aparılır. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qeydiyyat 2021-ci il iyulun 13-dən 22‑dək davam edəcəkdir.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı Dövlət İmtahan Mərkəzi tərəfindən daha sonra elan olunacaq.

Azərbaycan Universitetinin magistratura ixtisaslaşmalarına qəbul olan bakalavrlar dərslərin təşkili ilə bağlı Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ilə, sənədlərlə bağlı isə Tələbələrlə iş şöbəsi ilə əlaqə saxlaya bilərlər. 

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
Tel.: (+99412)431 41 12 /13/16 (daxili 126), (+99450) 268 38 00

Tələbələrlə iş şöbəsi
Tel.: (+99412)431 41 12 /13/16 (daxili 114), (+99450) 742 45 88, (+99450) 268 38 19

Təhsil Nazirliyinin saytına keçid
https://edu.gov.az/az/news-and-updates/16495-1


    İctimaiyyətlə əlaqələr şöbəsi
12.07.2021

DİGƏR XƏBƏRLƏR