XƏBƏRLƏR

MBA və BBA məzunları öz iş və təhsil təcrübələrini tələbələr ilə bölüşüblər

MBA və BBA məzunları öz iş və təhsil təcrübələrini tələbələr ilə bölüşüblər

11 aprel 2017

Baxış sayı: 4707

Azərbaycan Universitetinin bir qrup MBA və BBA məzunu Biznes və iqtisadiyyat fakültəsinin tələbələri ilə görüşüb. Görüş tələbələrin iş həyatına hazırlaşmalarına istiqamət və stimul vermək məqsədi ilə təşkil olunub.

Tədbirdə müxtəlif iş sahələrində uğurlu karyera quran məzunlar öz iş və təhsil təcrübələrini tələbələrlə bölüşüb. Çıxış edən məzunlar təhsilin növbəti mərhələsinə keçid, uğurlu karyera və iş həyatı ilə bağlı məsləhət verib, sualları cavablandırıblar.

Universitet həyatı ilə bağlı xatirələrini də yada salıb, müəllimlərə öz minnətdarlıqlarını bildirən məzunlar, doğma universiteti ziyarət etməkdən məmnun olduqlarını dilə gətiriblər.  

Tədbirin təşkil olunmasında fakültə rəhbərliyi ilə yanaşı tələbələr də yaxından iştirak edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi
11.04.2017

DİGƏR XƏBƏRLƏR