XƏBƏRLƏR

Mədəni-asudə vaxtın səmərəli təşkilində sosial-psixoloji problemlər

Mədəni-asudə vaxtın səmərəli təşkilində sosial-psixoloji problemlər

08 dekabr 2020

Baxış sayı: 2661

Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzi ilə Sosial işin təşkili kafedrasının birgə təşkilatçılığı ilə Mədəni-asudə vaxtın səmərəli təşkilində sosial-psixoloji problemlər mövzusunda vebinar keçirilib.

Sosial işin təşkili kafedrasının müəllimi Aynur Bünyatova mədəni-asudə vaxtın səmərəli təşkili, ölkəmizdə bu sahədə görülən işlər və sosial-psixoloji problemlər haqqında məlumat verib, təcrübələrini bölüşüb.

Daha sonra Gənclərlə iş ixtisası üzrə magistratura tələbələri Ülviyyə Mehdiyeva “Gənclik və asudə vaxtın təşkili”, Günel Abbaszadə “Gənclərin asudə vaxtının dəyərləndirilməsi yönündə innovativ tədbirlər”, Validə Şərifova “Yeniyetmə və gənclərin istirahətinin təşkilində dövlət tənzimlənməsi və dəstəyi”, Mehriban Vəliyeva “Azərbaycanda inklüziv cəmiyyətdə asudə vaxtın təşkili”, Könül Qasımlı “Gənc tələbələrin mədəni-asudə vaxtı dəyərləri”, Fərəh Məcidzadə “Azərbaycanda dövlət gənclər siyasəti, gənclərə sosial psixoloji dəstək” mövzusunda təqdimat ediblər.

Vebinar nəzəri hissənin ardından müzakirələrlə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.12.2020

DİGƏR XƏBƏRLƏR