XƏBƏRLƏR

“Mənim Universitetim” yazı müsabiqəsinə start verilir

“Mənim Universitetim” yazı müsabiqəsinə start verilir

03 oktyabr 2017

Baxış sayı: 4209

Bu gündən Azərbaycan Universitetinin 26-cı ildönümünə həsr olunmuş "Mənim Universitetim" adlı yazı müsabiqəsinə start verilir. Azərbaycan Universitetinin tələbə və məzunları esse, oçerk, xatirə, məktub, hekayə və şeir janrlarında qələmə alınmış yazıları  ilə müsabiqədə iştirak edə bilərlər.

İki mərhələdə keçiriləcək müsabiqənin birinci turu bu gün başlayır. Birinci mərhələdə iştirakçılar müsabiqə qaydalarına uyğun hazırlanmış yazılarını İctimaiyyətlə əlaqələr şöbəsinə - pr@au.edu.az  ünvanına elektron qaydada təqdim etməlidirlər.

İkinci mərhələdə isə münsiflər heyəti tərəfindən seçilmiş yazılar səsvermə üçün Azərbaycan Universitetinin rəsmi facebook səhifəsində www.facebook.com/AzerbaycanUnv paylaşılacaqdır. Bu mərhələdə facebook istifadəçiləri tərəfindən ən çox bəyənilən ilk üç yazı qalib elan olunacaqdır. Qaliblərin mükafatlandırılması mərasimi dekabr ayında keçiriləcəkdir. 

  • I mərhələ (Yazıların qəbul olunması): 3 oktyabr 2017 – 31 oktyabr 2017
  • II mərhələ (Seçilmiş yazıların Universitetin rəsmi facebook səhifəsində səsverməyə təqdim olunması): 13 noyabr 2017 – 13 dekabr 2017

Yazıların təqdim olunma qaydaları aşağıdadır:

  • Yazılar Azərbaycan Universitetinə aid olmalıdır;
  • İştirakçılar müsabiqədə bir yazı ilə iştirak edə bilərlər;
  • Yazılar Azərbaycan dilində təqdim edilməlidir;
  • Yazılar qısa və lakonik olmalı, 500 sözü aşmamalıdır;
  • Yazılarda heç kimin şəxsiyyətini alçaldacaq söz və ifadələrdən  istifadə edilməməlidir.

Müsabiqə iştirakçıları aşağıdakı şəkildə mükafatlandırılacaqdır:

  • Birinci yer – 1 nəfər – notebook;
  • İkinci – 1 nəfər – planşet;
  • Üçüncü yer – 1 nəfər - smartfon;

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi
03.10.2017


DİGƏR XƏBƏRLƏR