XƏBƏRLƏR

Mərkəzi Bank Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün təlim keçirir

Mərkəzi Bank  Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün təlim keçirir

15 mart 2021

Baxış sayı: 2244

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat  fakültəsinin tələbələri üçün Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Bank Tədris Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən təlimlər davam edir. Mərkəzi Bankın Maliyyə savadlılıgı şöbəsinin mütəxəssisi Fərəh Əliyevanın moderatorluğu ilə keçirilən təlimlərdə fakültənin 140-dan çox tələbəsi iştirak edir.   

19 fevral günü təşkil olunan ilk təlimi Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti, Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin mütəxəssisi Rəşad Qasımov “Rəqəmsal ödənişlərin üstünlükləri” mövzusunda aparıb.

26 fevral tarixində keçirilən təlimi Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin Siyasət və metodologiya şöbəsinin aparıcı analitiki Afət Həsənova “Sigorta” mövzusunda təqdimatla çıxış edib.  

Azərbaycan Bank Tədris Mərkəzinin Biznesin İnkişafı meneceri Rauf Ağayevin 12 mart tarixində apardığı təlim isə “İzafi borclanma” mövzusunda olub.  

18 mart günü keçiriləcək son təlimi isə bankın maliyyə savadlılığı şöbəsinin mütəxəssisi Fərəh Əliyeva “Mərkəzi Bankın elektron resursları” mövzusunda aparacaq.  

Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” icrası nəticələrinin dayanıqlılığını təmin etmək məqsədilə “İqtisadiyyat fənninin tədris üçün əlavə resurslar hazırlanaraq tələbə və müəllim heyətinin istifadəsinə verilməsi” istiqamətində təşkil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
15.03.2021

DİGƏR XƏBƏRLƏR