XƏBƏRLƏR
Mərkəzi Bank Azərbaycan Universitetində sertifikatlı təlim keçirib
Mərkəzi Bank tərəfindən Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakultəsinin tələbələri üçün “Maliyyə savadlılığı" mövzusunda sertifikatlı təlim keçirilib. Üçgünlük təlimin birinci günündə “Mərkəzi Bankın elektron resursları” və “Vətəndaşlar üçün sığorta”, ikinci günündə “Əmanətlərin sığortalanması” və “İstehlak kreditləri”, üçünü günündə isə “Milli pul nişanlarımız və onların mühafizə elementləri” və “Neuromarketinq” mövzuları tədris olunub. Təlimləri Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin əməkdaşları aparıb.
Təlimlərdə Biznes və iqtisadiyyat fakültəsinin, Maliyyə və mühasibat kafedrasının, İqtisadiyyat və idarəetmə kafedrasının əməkdaş və müəllimləri də iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
Azərbaycan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək
02 oktyabr 2026
Azərbaycan Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
28 sentyabr 2026
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü keçirilib
25 sentyabr 2026
Üç fakültə, üç ulduz: “Ulduz tələbə” layihəsinin yeni qalibləri
21 sentyabr 2026
