XƏBƏRLƏR

Mərkəzi Bankın “Maliyyə savadlılığı” təlimi başa çatıb

Mərkəzi Bank tərəfindən Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakultəsinin tələbələri üçün təşkil olunan “Maliyyə savadlılığı” təlimi başa çatıb. Təlimdə iştirak edən tələbələrə sertifikatları təqdim olunub.  

Üçgünlük təlimin birinci günündə “Mərkəzi Bankın elektron resursları” və “Vətəndaşlar üçün sığorta”, ikinci günündə “Əmanətlərin sığortalanması” və “İstehlak kreditləri”, üçüncü günündə isə “Milli pul nişanlarımız və onların mühafizə elementləri” və “Neuromarketinq” mövzuları tədris olunub. Təlimləri Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin əməkdaşları aparıb. 

Təlimlərdə Biznes və iqtisadiyyat fakültəsinin, Maliyyə və mühasibat kafedrasının, İqtisadiyyat və idarəetmə kafedrasının əməkdaş və müəllimləri də iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR