XƏBƏRLƏR

Məzunlarımız təhsil sərgisindəki stendimizi ziyarət etdi

Məzunlarımız təhsil sərgisindəki stendimizi ziyarət etdi

14 oktyabr 2018

Baxış sayı: 4535

Məzunlarımız Hikmət Aslanov (Fövqəladə Hallar Nazirliyi, Nazir köməkçisi) və Nəsimi Yusifov (Vergilər Nazirliyi, müfəttiş) 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin 3-cü günündə stendimizi ziyarət edərək xoş sözlərini çatdırıblar.

Hikmət Aslanov Azərbaycan Universitetini 2007-ci ildə Hüquqşünaslıq ixtisası üzrə, Nəsimi Yusifov isə 2012-ci ildə Vergi işinin təşkili və idarə edilməsi ixtisası üzrə bitirib.

Nəsimi Yusifov sərgi çərçivəsində keçirilən “Mənim Hekayəm” adlı konfransda Azərbaycan Universitetini təmsil edib. Məzunumuz tədbir iştirakçılarına universitet vasitəsilə həyatının necə dəyişdiyi və nə kimi uğurlar əldə etdiyi haqqında danışıb.

Sərginin 3-cü günündə də ziyarətçilərinin stendimizə axını davam edib.

“Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgiyə 12 ölkədən 130-dan çox iştirakçı qatılıb.  

Oktyabrın 13-də başa çatan sərgidə Azərbaycan Universiteti ös stendi ilə təmsil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
14.10.2018


DİGƏR XƏBƏRLƏR