XƏBƏRLƏR

17 noyabr - Milli Dirçəliş günü münasibəti ilə Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın təbriki

17 noyabr - Milli Dirçəliş günü münasibəti ilə Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın təbriki

17 noyabr 2017

Baxış sayı: 5358

Əziz həmvətənlər,

Müstəqilliyimizin bərpa olunmasında əsas amil sayılan 17 noyabr günü tarixə  Azərbaycanda antisovet  xalq hərəkatının təşəkkül tapmasıyla həkk olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən qəsdlərə və Sovet imperiyasının Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq 17 noyabr 1988-ci ildə Bakının Azadlıq meydanında xalqımızın  uzunmüddətli mitinqləri başlamışdır.  Bu mitinqlər daha sonra milli – azadlıq hərəkatına çevrilmiş və ölkəmizin xaosdan siyasi sabitliyə, iqtisadi tənəzzüldən intibaha uzanan yolunda mayak rolunu oynamışdır. 

Bu gün bizi həmin tarixdən  29 illik bir zaman dilimi ayırır. Xalqımızın birliyini və istiqlaliyyət naminə mücadiləsini təcəssüm etdirən Milli Dirçəliş günü münasibətilə hər birinizi təbrik edir, ən xoş arzularımı çatdırıram. 

DİGƏR XƏBƏRLƏR