XƏBƏRLƏR

Milli iqtisadiyyatın inkişafinin aktual problemlərinə həsr olunmuş konfrans keçiriləcək

Milli iqtisadiyyatın inkişafinin aktual problemlərinə həsr olunmuş konfrans keçiriləcək

12 sentyabr 2018

Baxış sayı: 3886

Azərbaycan Universitetində 10 oktyabr 2018-ci il tarixində “Modernləşmə şəraitində milli iqtisadiyyatin inkişafinin aktual problemləri və perspektiv istiqamətləri” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir. Konfransın məqsədi milli iqtisadiyyatın inkişafının aktual problemlərinin tədqiqinə təcrübəli alim və mütəxəsisləri cəlb etmək, onların potensialını müvafiq məsələlərin həllinə yönəltməkdən ibarətdir.

Konfransın işi ümumi iqtisadiyyat, dünya iqtisadiyyatı, maliyyə və bank işi, mühasibatlıq, turizm və sosial–mədəni servis xidmətləri, marketinq, menecment, sığorta, logistika və İKT istiqamətləri üzrə aparılacaq.

Konfransa məqalələrin son göndərilmə tarixi 25 sentyabr 2018-ci il, məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi isə 30 sentyabr 2018-ci il olaraq müəyyənləşdirilib.

Konfransda iştirak etmək istəyənlər məqalələrini meco2018@au.edu.az ünvanına göndərə bilərlər.

Müəlliflər üçün təlimat və konfrans haqqında daha ətraflı məlumat Azərbaycan Universitetinin saytında yerləşdirilib.

Konfransın səhifəsinə keçid: /az/menu/220/

İctimaiyyətlə əlaqələr şöbəsi
12.09.2018

DİGƏR XƏBƏRLƏR