XƏBƏRLƏR
Müəllimimiz Gürcüstanda seminarda iştirak edib
Sosial işin təşkili kafedrasının müəllimi Sara Ağayeva CELCIS (Centre for Excellence for Children’s Care and Protection) və Global Social Service Workforce Alliance təşkilatlarının birgə əməkdaşlığı ilə Gürcüstanın Tbilisi şəhərində keçirilən “Sosial xidmətin inkişafı” adlı seminarda iştirak edib.
Seminarda CELCIS-in beynəlxalq məsləhətçiləri Dr. Lan Milligan və Miriana Giraldi sosial iş təhsilində tələbələrə sosial xidmətin inkişafının çatdırılması yollarını izah ediblər.
Seminar zamanı müxtəlif ölkə və müxtəlif universitetlərdən olan professor və müəllimlər öz ölkələrində sosial iş təhsilinin inkişafı, ölkələrindəki uşaq müdafiəsi ilə bağlı sosial xidmətlər haqqında məlumat veriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi
09.10.2019
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin nümayəndə heyəti Almaniyada təcrübə mübadiləsində iştirak edir
20 noyabr 2026
Dissertant Şəbnəm Xəlilzadənin dissertasiya işinin ilkin müzakirəsi keçirilib
20 noyabr 2026
Azərbaycan Universitetində süni intellekt alətlərinin elmi fəaliyyətə inteqrasiyası müzakirə olunub
19 noyabr 2026
Azərbaycan Universitetinin yeni akademik heyət üzvləri üçün dörd moduldan ibarət təlim təşkil olunub
17 noyabr 2026
Azərbaycan Universiteti AKTA-nın hesabat tədbirində təmsil olunub
17 noyabr 2026
Azərbaycan Universitetində türkiyəli alimin ustad dərsi təşkil olunub
16 noyabr 2026
