XƏBƏRLƏR

Müəllimimiz onlayn beynəlxalq konfransda məruzə ilə çıxış edib

Müəllimimiz onlayn beynəlxalq konfransda məruzə ilə çıxış edib

02 may 2020

Baxış sayı: 2713

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimi Aynur Hacıyeva və Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası üzrə magistratura 2-ci kurs tələbəsi Bahar Həsənli Türkiyədə nəşr olunan “Al Farabi” jurnalı tərəfindən təşkil olunan  7-ci Beynəlxalq Sosial Elmlər Konqresində məruzə ilə çıxış ediblər.

Aynur Hacıyevanın məruzəsi “Psixososial reabilitasiya xidmətlərinin təşkilində sosial işçinin rolu” mövzusuna həsr olunub. Bahar Həsənli isə “Uşaqlara qarşı zorakılığın aradan  qaldırılmasında sosial işin rolu ve inzibati orqanların iş prinsipləri” mövzusunda çıxış edib.

Qeyd edək ki, 3-5 aprel 2020 tarixləri arasında Bursa şəhərində keçirilməsi planlaşdırılan konqres pandemiya səbəbiylə 1-2 may tarixlərində onlayn olaraq təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.05.2020


DİGƏR XƏBƏRLƏR